EN

ABŞ Rusiyanın bu bankına qarşı sanksiyalar tətbiq edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ “Qazprombank”a qarşı sanksiyalar tətbiq edib.

Banco.az xəbər verir ki, ABŞ administrasiyası Rusiyanın beynəlxalq maliyyə sistemindən istifadə etməsinin qarşısını almaq üçün “Qazprombank”a qarşı sanksiyalar tətbiq edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, Rusiyanın Ukraynadakı müharibəsini irəlilətmək üçün beynəlxalq maliyyə sistemindən istifadə etməsinin qarşısını almaq üçün G7 liderlərinin öhdəliklərinin yerinə yetirilməsi istiqamətində daha bir mühüm addım atılıb.

Bu çərçivədə “Qazprombank”a 6 xarici törəmə şirkəti ilə birlikdə sanksiyaların tətbiq edildiyi bildirilib. Qeyd olunub ki, bank Rusiyaya Ukraynaya qarşı müharibədə ehtiyac duyduğu hərbi texnikanı almağa icazə verən kanal olub.

Bəyanatda həmçinin Avstraliya, Kanada, Yeni Zelandiya və İngiltərənin də daha əvvəl “Qazprombank”a qarşı sanksiyalar tətbiq etdiyi xatırladılıb.

Ən sərfəli kredit üçün müraciət et

Chosen
12
banco.az

1Sources