İtaliyanın "Napoli" klubu "Qalatasaray"da icarədə olan 100 milyon avroluq bazar dəyəri olduğu iddia olunan futbolçusu Viktor Osimhen üçün "Mançester Yunayted"in təklifini də geri çevririb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Mançester Yunayted" "Napoli"yə bu transferə görə futbolçusu Joshua Zirkzee + pul təklif etsə də, qəbul olunmayıb.
Xəbərdə pulun məbləği açıqlanamsa da, "Napoli"nin istəyinə yer verilib: "Napoli" futbolçu dəyişiminə qətiyyən müsbət yanaşmır. İtalyan klubu gərəkirsə, yaya qədər gözləmək və Viktor Osimheni nağd pula satmaqda qərarlıdır. İtalyanlar hesab edir ki, nigeriyalı qolçu "Qalatasaray"dakı hazırkı performansını zamanla daha da yüksəldə bilər. Ona görə, "Mançester Yunayted"in təklifini müzakirə etmədən geri çevirdilər".
İtaliya mətbuatı yazır ki, buna baxmayaraq, "Mançester Yunayted" nigeriyalı ulduzu heyətinə qatmaqda israrlıdır: ""Qalatasaray"ın "Napoli"yə 25 milyon avro əvvəlcədən, 52,5 milyon avronu 3 il ərzində hissə-hissə ödəmək təklifi də qəbul olunmayıb. Düzdür, Viktor Osimhenin bir dəfə İstanbulda qalmaq istədiyini, hətta boğaza mənzərəli villa axtarması haqda ötən ay xəbər yayılıb. Lakin onun sonda hansı komandaya "hə" deyəcəyini proqnozlaşdırmaq mümkünsüzdür. Bu, bir bazardır, o və mənsub olduğu "Napoli" hansı klub daha münasib variant təklif edərsə, ona "hə" deyəcəklər".
Fərid Aslan
MİA.AZ