Ölkədəki gərgin demoqrafik vəziyyət fonunda Rusiyanın əmək miqrantlarına ehtiyacı var.
Publika.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə müsahibəsində Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib .
O qeyd edib ki, ölkənin dinamik inkişafı və bütün planların həyata keçirilməsi üçün xarici işçi qüvvəsinə ehtiyac var. “Miqrantlar ehtiyacdır. Əlbəttə, bizə işçi lazımdır. Biz onları ancaq alqışlayırıq”, – Peskov vurğulayıb.
Bundan əvvəl Rusiya Federasiyası Prezidentinin mətbuat katibi miqrantlar arasında cinayətin aradan qaldırılması üçün əmək miqrasiyasının tənzimlənməsinin zəruriliyini bəyan edib. Onun sözlərinə görə, qaydalar sərt, eyni zamanda rahat və başa düşülən olmalıdır.