EN

Sərhədlərimizin qorunması istiqamətində strateji xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib

"2002-ci ilin iyul ayının 31-də ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaradılması barədə fərman imzaladı. Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin xidməti fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Dövlət Sərhəd Xidməti qarşısında müasir dövrün tələblərinə uyğun olaraq yeni vəzifələr qoyuldu və sərhəd təhlükəsizliyinin təminatı məsələləri ən yüksək səviyyədə həll olunmağa başlandı". 

Bu fikirləri Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini-Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov media-tur zamanı DSX-nin Sərhəd Qoşunları Komandanlığında jurnalistlər üçün keçirilən brifinqdə dedi.

Xidmət rəisinin müavini xatırlatdı ki, sonrakı illərdə ulu öndər Heydər Əliyevin sərhədlərimizin qorunması istiqamətində müəyyən etdiyi strateji xətt Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilib, müasir dövrün tələblərinə uyğun olaraq zənginləşdirilib. Azərbaycan Prezidenti  İlham Əliyevin sərhədçilərə göstərdiyi diqqət və qayğının təzahürüdür ki, 17 halda Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının hərbi qulluqçuları ilə görüşü olub və ilk görüşü 2004-cü ilin iyul ayının 21-də “Xudat” sərhəd dəstəsinin şəxsi heyəti ilə baş tutub. Bununla da sərhəd mühafizəsi salnaməsində yeni səhifə açılıb.

Rizvan FİKRƏTOĞLU
XQ

Chosen
12
xalqqazeti.az

1Sources