Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Sfera.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,72 ABŞ dolları və ya 0,95% artaraq 75,6 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki? ötən gün Azərbaycan neftinin qiyməti 74,88 dollar təşkil edib.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.