EN

Qazaxıstan müharibəyə hazırlaşır- Tokayev komandasına təlimat verdi

Qazaxıstan Baş naziri Oljas Bektənov Ukrayna ətrafında yaranmış vəziyyətlə bağlı əsas hərbi və mülki obyektlərin təhlükəsizliyinin təmin edilməsi üçün Prezident Kasım-Jomart Tokayevin tapşırıqlarının icrası üzrə təxirəsalınmaz tədbirlərin görülməsinə dair operativ müşavirə keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Müşavirə müdafiə, daxili işlər, fövqəladə hallar, xarici işlər, səhiyyə, nəqliyyat, energetika, sənaye və tikinti, milli iqtisadiyyat və maliyyə nazirliklərinin rəhbərlərinin iştirakı ilə keçirilib. Bektənov müdafiə naziri Ruslan Jaksılıkovun strateji və infrastruktur obyektlərinin qorunması üzrə görülən işlər barədə hesabatını dinləyib və dövlət orqanlarının fəaliyyətini gücləndirmək məqsədilə bir sıra konkret tapşırıqlar verib.


Müəllif: Qənirə Süleymanova
Chosen
22
teleqraf.com

1Sources