EN

Ərinin çəkdiyi filmdə rol alacaq

Əməkdar artist Gülzar Qurbanova həyat yoldaşı, Əməkdar incəsənət xadimi, rejissor Elxan Cəfərovun yeni layihəsində iştirak edəcək. 

OLAY yazır ki, bu haqda aktrisa özü məlumat yayıb. 

G. Qurbanova bildirib ki, əri E.Cəfərovun çəkdiyi “Cənnət yuxusu” adlı ekran əsərində rol alacaq:

““Cənnət yuxusu”nda gəzirik. Zərif səhər günəşinin şüaları altında ətirli, narıncı xurma ağacları səmaya uzanır, meşələr öz dilində pıçıldayır, qızılı yarpaqlar, yaş torpaq qoxusu sanki cənnət uzaqda deyil, içimizdə olduğunu xatırladırdı. Hər nəfəs dua kimi idi. Ətrafımızdakı hər şey, incə birlik ipləri ilə bağlanır, bizə daha böyük bir şeyin - Azərbaycan mədəniyyətinin bir parçası olduğumuzu xatırladırdı. Yəqin xoşbəxtliyin sadə şeylərdə olduğunu başa düşmək budur”. 

Chosen
4
1
olay.az

2Sources