EN

Supu 49 manata satdı, cərimələndi - FOTO

Türkiyənin Uludağ turizm mərkəzindəki restoranda 49 manata sup satılır.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Uludağda otelin restoranında satılan və qiyməti ilə diqqət çəkən şorba müzakirələrə səbəb olub. Keçən mövsümdə 500 TL-dən təklif olunan şorba, bu mövsüm 1000 TL-yə satılacağını elan edərək etiraz doğurub. Göbələk və qozla hazırlanan, "bölgəyə xas xüsusi şorba" kimi təqdim edilən yemək, təkcə müştərilərin deyil, həm də Ticarət Nazirliyinin diqqətini çəkib.

Nazirlik tərəfindən aparılan araşdırmada şorbanın qiymətində "süni qiymət artımı" olduğu müəyyən edilib. Bu səbəbdən obyektin 1 milyon TL-ə qədər cərimə tətbiq edilə biləcəyi bildirilib.

Bununla yanaşı restoranın təqdim etdiyi 38 digər məhsulla bağlı da qanun pozuntusu aşkarlanıb. Əsasən, məhsulların özəlliklərinin müştərilərə dəqiq təqdim edilmədiyi müəyyən edilib. Bu pozuntulara görə, müəssisəyə 171.600 TL məbləğində inzibati cəza tətbiq olunub.

Ticaret Bakan Yardımcısı Mahmut Gürcan məsələ ilə bağlı açıqlamasında bildirib ki, bu cür qiymət artımları istehlakçı hüquqlarını pozur və qanunlara ziddir. Hazırda araşdırmalar davam edir, yekun qərar veriləcək.

Uludağda yüksək qiymətlərlə təklif edilən digər məhsullar, o cümlədən "dağ tostu" və "dağ salatı" da diqqət mərkəzindədir. Hər biri təxminən 1000 TL-ə satılan bu məhsulların tərkibi ilə bağlı açıqlamalar gözlənilir. Hazırda bölgə turizmində xidmət keyfiyyəti və qiymət siyasəti ətrafında mübahisələr davam edir.

Qeyd edək ki, Azərbaycanda da restoranlarda süni qiymət artımları yaşanır. Bu da müştərilərin narazılığına səbəb olur.

  • Supu
  • Supu
  • Supu
  • Supu
  • Supu
  • Supu
  • Supu
  • Supu
  • Supu
  • Supu
  • Supu
  • Supu
  • Supu
  • Supu
Chosen
14
4
day.az

5Sources