EN

ABŞ Ukraynaya verdiyi kredit borcunun yarısını ləğv etmək  istəyir

Bayden administrasiyası Ukraynanaya ayırdığı  iqtisadi kreditin 4,65 milyard dollarlıq  borcunu ləğv etməyi planlaşdırdırır.

KONKRET.az “Fox News”a istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin rəsmisi Metyu Miller çərşənbə günü keçirdiyi brifinqdə bildirib: “Biz həmin kreditləri ləğv etmək, Ukraynaya iqtisadi yardım göstərmək üçün qanunda qeyd olunan addımı atmışıq”.  Millerin sözlərinə görə, aprel ayında Konqres Ukraynaya 60 milyard dollar dəyərində yardım , o cümlədən kredit kimi strukturlaşdırılmış 9 milyard dolları nəzərdə tutan əlavə maliyyə paketini qəbul edib. Miller əlavə edib  ki, Konqres borcu ləğv etmək üçün qətnamə qəbul edə bilər.

Vəli Həsənoğlu,

KONKRET.az

Chosen
37
1
konkret.az

2Sources