EN

Oğuzda Şəhid ailəsi buna görə narazıdır - "...ayrıseçkilik edilir"

Oğuzda“Oğuzda şəhid ailələri arasında ayrıseçkilik edilir.” – bu fikirləri saytımıza açıqlamasında şəhid Zaur Əliyevin qardaşı İslam Əliyev bildirib.İslam Əliyev bildirir ki, icra strukturları 2020-ci ilə qədər şəhid olan ailələri ziyarət etmir.“Oğuz rayon komisarliğinda qeydiyyatda olan cəmi 96 şəhid var . Onlarin 26 -sı 2020-ci ildə Vətən Müharibəsində və ondan sonra şəhid olub. Oğuz rayonu İcra Hakimiyyətinində olan ümumi siyahıda isə 109 şəhid var. Bunların bir neçəsi rəsmən başqa rayonlarda qeydiyyatdadır və müəyyən səbəblərdən Oğuzda dəfn olunublar. Lakin nədənsə icra strukturları yalnız Vətən Müharibəsində şəhid olan ailələri diqqətdə saxlayırlar. Bu gün mənim qardaşım Zaur Əliyevin şəhid olduğu gündür. Lakin heç bir dövlət rəsmisi mənim qardaşımın şəhid olduğu gündə bu tədbirlərdə iştirak etmədi. Bunu biz ailəmizə qarşı hörmətsizlik kimi dəyərləndirirəm. Mən və qardaşlarım vətənə sədaqətlə xidmət etmişik. Ailəmizin bir neçə üzvü Qarabağ savaşının iştirakçısıdır. Yəqin ki, Oğuz rayon İcra hakimiyyəti bu ayrı-seçkiliyi aradan götürəcək. Rayonumuzun yeni başçısı Cavid Əbdul-Qədirov yəqin ki, öncəki icra başçılarının ayrı- seçkiliyinə son qoyacaq. Hər bir şəhidimiz bizim üçün əzizdir. Onlar bizim qardaşımız, oğlumuzdur. Ruhları şad olsun.” -deyə İslam Əliyev bildirib.veteninfo.az

Chosen
5
1
yenisoz.az

2Sources