EN

Dünyanın ən məşhur tarixi abidəsi olan Notr-Dam kilsəsinin açılışına sayılı günlər qaldı - VİDEO

Yəqin ki, unutmamısınız: Dünyanın ən məşhur tarixi abidələrindən biri, Fransa paytaxtının əsas simvollarından hesab olunan Notr-Damda 2019-cu ilin aprelində irimiqyaslı yanğın baş verdi. Yanğının baş verməsində müəmmalar çox olmasına baxmayaraq, yekun olaraq hadisəyə elektrik şəbəkəsindəki problem səbəb olduğu deyildi. Üstəlik yanğın o qədər güclü idi ki, 14 saat ərzində söndürmək mümkün oldu. Söndürülən binaya baxış keçiriləndən sonar məlum oldu ki, tarixi binaya ciddi ziyan dəyib. Daha dəqiq, yanğın kilsənin üçdə iki hissəsini külə döndərib, binanın qədimi saatları belə məhv olub.. İki dəhşətli Dünya müharibəsindən salamat çıxan 856 illik Paris Notr-Dam kilsəsi 2019-cu il aprelin 15-də yanğın nəticəsində məhv oldu.


Zədələnmiş Notr-Dam kilsəsinin təmiri 5 il müddətinə başa çatdılacağı nəzərdə tutulan böyük bir bərpa layihəsi elə həmin ildən həyata keçirilməyə başladı
Adalet.az xəbər verir ki, kilsədə son tamamlama işləri bitmək üzrədir və kilsə 2024-cü ilin 7 dekabrında ictimaiyyətə təntənəli mərasimlə açılacaq.
Məlumatı ictimaiyyətə açıqlayan kafedral kilsənin bərpasına cavabdeh general Jan-Lui Jorjlen bununla bağlı video paylaşıb.

 Həmin videonu təqdim edirik:


Qeyd edək ki, Notr-Dam kilsəsinin tikintisinə 1163-cü ildə kral VII Lüdovikin vaxtında başlanılıb. Məbədin tikintisi təxminən iki əsr davam edib. Qotik üslublu kilsə 1163-1345-ci illərdə Paris yepiskopu Moris de Süllinin təşəbbüsü ilə ucaldılmışdır.Fransa paytaxtının simvollarından biri hesab olunan tarixi Paris Notr-Dam kilsəsi və ya Paris Məryəm ana kilsəsi — Paris şəhərinin mərkəzində, Sena çayı sahilində yerləşir. O, Parisin ilk xristian kilsəsi hesab edilən, Müqəddəs Stefan bazilikasının yerində tikilib. Təəssüf ki, bazilika Fransa ərazisini işğal edən Normanlar tərəfindən məhv edilib.

 Əntiqə Rəşid

Chosen
10
adalet.az

1Sources