EN

Bakıda yeni avtobus dayanacaqları qurulacaq - 2,5 milyon manat ayrıldı

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi yeni tender elan edib.

Valyuta.az xəbər verir ki, tender Bakı şəhərinin küçə və prospektlərində sərnişinlərin avtobus gözləmələri üçün dayanacaq pavilyonlarının quraşdırılması işlərinin satınalınması ilə bağlıdır. Tenderin ilkin ehtimal olunan qiyməti 2 milyon 496 min 863 manatdır.

Təkliflərin son təqdim olunma tarixi 19 dekabrdır. 

Əvəz Həsənov

Chosen
11
valyuta.az

1Sources