EN

Yeni doktrinanı qəbul etmək asandır, ancaq onu reallaşdırmaq çətindir

Kremlin yeni nüvə doktrinasına görə, Rusiya ərazisinə istənilən hücuma qarşı nüvə silahından istifadə edilə bilər.

Yəni bu doktrinaya görə Rusiyanın Ukraynanın ABŞ-ın uzaqmənzilli raketləri ilə zərbələri qarşılığında nüvə başlıqlı raketlərdən istifadəsi mümkündür. Yeni doktrinanı qəbul etmək asandır, ancaq onu reallaşdırmaq çətindir, gərək tək Ukraynaya qarşı deyil, ona raketlər verən ölkələrə qarşı da nüvə başlıqlı silahlardan istfadə etməlisən. Bu isə nüvə müharibəsinin başlanması deməkdir. Çünki hədəf seçilən ölkələrin də nüvə silahı var, onlar da səni vuracaq. Bu səbəbdən Rusiya Prezidenti Vladimir Putin çətin seçim qarşısındadır. O ya yeni doktrinaya uyğun hərəkət etməli, ya da Rusiya ərazisinin ABŞ, Böyük Britaniya və digərlərinin raketləriylə vurulmasını seyr etməkdə davam etməlidir. Birinci addımı dünyanı fəlakətə sürükləyirsə, Putinin ikinci seçimi onun imicinə mənf təsir edəcək. Kreml sahibi ikisindən birini seçməli, ya da vasitəçilərin Kiyevlə danışıqlar şərtini qəbul etməlidir.

Elxan Şahinoğlu

visiontv.az



Chosen
100
visiontv.az

1Sources