EN

“İnsanlar sizi izləyərkən nifrət hissi keçirir” - Tolikdən müğənnilərə!

“Bu gün bəzi izləyicilər, xüsusən “İnstaqram” və “TikTok” istifadəçiləri düşünürlər ki, müəyyən verilişlər çox yüksək reytinqdədir, daim gündəmdədir. Amma əslində belə deyil. O verilişlərin işçiləri proqram yayımlanarkən materialları kəsib jurnalistlərə və sosial media səhifələrinə göndərirlər. Onlar da bunu “xəbər” kimi təqdim edirlər. Bu cür piar üsulları insanlarda yalnış təsəvvür yaradır ki, həmin müğənnilər çox məşhurdur. Halbuki, bu, sadəcə meymunluqdur. Həftədə iki dəfə eyni verilişə çıxan bu insanlar bir gün dava edib barışır, ertəsi gün biri o birinə hədiyyə verir və belə davam edir”.

OLAY yazır ki, bu sözləri aparıcı və prodüser Tarix Əliyev (Tolik) instaqram səhifəsində yayımladığı videoaçıqlamasında deyib. 

Tolik, son zamanlar verilişlərdə gündəm və reytinq xətrinə süni qalmaqal yaradan müğənniləri sərt mesajlar yollayıb:

“Öz verilişimin piarını aparsam belə, bunu belə ucuz yolla etmərəm. Efirdə baş verənləri hər yerə göndərib hamıya paylaşdırmaq mənim xarakterimə uyğun deyil. Öz piarlarını etmək üçün müğənniləri pulla efirə çağırıb qeyri-ciddi xəbərlər yaymaq – məsələn, “atası öldü”, “atası qısqandı”, ya da “filan problem yaşadı” kimi xəbərlər insanları bezdirir. Bu, cəmiyyətdə yalnız mənasız gündəm yaradır. Əsl sənətkar və hörmətli müğənni ayda bir, maksimum iki dəfə efirə çıxar. Amma ayda 5-10 dəfə efirdə olmaq nə deməkdir? Bu, sənətinə və şəxsiyyətinə hörmət etməməkdir. Özünüzü efirdə bu cür “əl meymunu”na çevirməyin. Həmçinin, efirdə küsüb getmək, sonra beş dəqiqədən sonra qayıtmaq… Bu davranış nə qədər ciddi görünə bilər? İnsanlar sizi izləyərkən sizdən uzaqlaşır, nifrət hissi keçirir. Hörmətli olun! Məclislərdə pul aldığınız üçün itin sözünü içinizə soxduğunuz kimi, televiziyaya da hörmət etməlisiniz. Davranışınız sizə olan münasibəti təyin edir”.

Tolik həmçinin proqramlarda saxta şouların qurulduğunu vurğulayıb:

“Əzizləriniz, özünüz xəstəxanada olur, arvadınızdan boşanırsa, bunu aparıcı bilmir. Hamıyla əvvəlcədən danışırlar ki, gəl otur, ərin, saxlayanın zəng etsin. Filankəsin arvadının boşandığını efirdə dedi, verilişdən getdi... Özünüzə hörmət edin. Aparıcılar, özünüzə hörmət edin, özünüz də hörmətsiz sayılırsınız. Reytinqlə insanlara nifrət qazandırırsız. Sonra da sosial şəbəkədə sizə yazılan şərhləri sildirisiniz. Çünki insanlar sizdən iyrənirlər”.

Chosen
15
7
olay.az

8Sources