EN

Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər (FOTO)

Bakı. Trend:

20 noyabr tarixində Danimarkanın Türkiyə və Azərbaycandakısəfiri Ole Toft və Danimarkadan olan nümayəndəheyəti – parlament üzvləri, Danimarka sənaye təşkilatının üzvləri,Danimarka biznes assosiasiyaları və şirkət nümayəndələri CarlsbergAzerbaijan zavoduna səfər ediblər.

Qonaqları Carlsberg Azerbaijan şirkətinin baş direktoru AliusAntulis və şirkətin idarə heyətinin üzvləri qarşılayıb.

Görüşdə Danimarka rəsmilərinə şirkətin Azərbaycandakıfəaliyyəti, zavodun tarixi, istehsalat xətləri, məhsulları barədəməlumat verilib. Qonaqlar, həmçinin, ekskuriya zamanı istehsalatsahəsi ilə tanış olublar.

Carlsberg Azerbaijan şirkətinin baş direktoru AliusAntulis qonaqlara onu da bildirib ki, 2008-ci ildənAzərbaycanda fəaliyyətə başladıqlarından bəri ölkə iqtisadiyyatına75 milyon manatdan çox investisiya yatırıb, 35-38 milyon manatdançox vergi ödəyiblər:

“Şirkətin məhsulları hazırda Azərbaycan pivə bazarının70%-ni əhatə edir. 2021-ci ildə Carlsberg Azerbaijan şirkətiİqtisadiyyat Nazirliyi ilə 2021-2025-ci illərdə xammalınlokallaşdırılması, ixracı, iş şəraitinin yaxşılaşdırılması və pivəbazarının inkişafına 25 milyon azn sərmayə qoymağı öhdəsinə götürənAnlaşma memorandumu imzalayıb. Azərbaycan bizim üçün çox cəlbedicisərmayə istiqaməti olaraq qalır və biz hazırda gələcək üçün daha dageniş investisiya planı hazırlayırıq”.

Danimarka sənaye təşkilatının İqlim Siyasəti üzrə rəhbəri vəBöyük direktoru Anne Hoyer Simonsen isə öznövbəsində vurğulayıb:

“Məhz Carlsberg kimi müəssisələr praktikada dəyişikliklərinhəyata keçirilməsinə və məqsədlərimizə çatmaq üçün lazım olanhəllərin hazırlanmasına cavabdehdirlər. Siyasətçilərin və vətəndaşcəmiyyəti üzvlərinin bu transformativ prosesləri daha dərindən dərketmələri vacibdir və buna görə də Carlsberg-in öz qapılarını bizimüzümüzə açması çox yüksək qiymətləndiririk”.

Qeyd edək ki, 1969-cu ildə Xırdalan şəhərində istismara verilənpivəbişirmə zavodu 2008-ci ildən “Carlsberg Group”un bir hissəsinəçevrilib. Hazırda zavodun istehsal gücü ildə 8 mln dekalitr təşkiledir, şirkətin məhsulları isə Azərbaycanın 12,5 mindən artıqticarət məntəqəsində təqdim olunub. Şirkət Azərbaycanda 16 ildənçox müddəti əhatə edən fəaliyyət dövründə biznesi genişləndirib vəölkəyə investisiyalarını artırmaqdadır.

Xatırladaq ki, şirkət Azərbaycanda da “Birlikdə SIFIRA doğru vədaha İrəli” dayanıqlı inkişaf strategiyasını həyata keçirir.Strategiya çərçivəsində 2023 ildə 2015-ci ilə müqaisədə sudanistifadə 21,3%, CO2 emissiyaları isə 18.1% azaldılıb.

Danimarka
Danimarka
Danimarka
Danimarka
Danimarka
Chosen
7
2
az.trend.az

3Sources