EN

Maduronun Rusiyaya səfərinin vaxtı diplomatik kanallar vasitəsilə razılaşdırılır - ÖZƏL

Olaylar.az xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduronun Rusiyaya növbəti səfərinin tarixi hazırda diplomatik kanallar vasitəsilə razılaşdırılır.
"Venesuela prezidenti Nikolas Maduronun Rusiyaya səfərə dəvəti var. Hazırda diplomatik kanallar vasitəsilə vaxt çərçivələri razılaşdırılır", - səfirlik bildirib.

Bu ayın əvvəlində Rusiya baş nazirinin müavini Dmitri Çernışenko Venesuelaya səfəri zamanı Rusiya prezidentinin dəvətini Maduroya təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
15
olaylar.az

1Sources