EN

BMT nümayəndəsi: COP29-un yekunlarına dair razılığa gələcəyimizə ümid edirəm

"COP29-da iştirak etmək üçün 77 mindən çox insan qeydiyyatdan keçib. Onların 70% -i aktiv şəkildə COP29-da iştirak ediblər".

APA xəbər veriri ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyası təşkilatının Katibliyinin (UNFCCC) proqramların koordinasiyası üzrə meneceri Niklas Svenningsen "Gələcəyi qurulması: Azərbaycanda və dünyada COP29-un mirası" mövzusunda keçirilən tədbirdə deyib.

"Hesab edirəm ki, Dubayda keçirilən COP28-dən sonra ikinci ən böyük COP tədbiri Bakıda baş tutdu. Bundan əvvəlki COP təşkilatçılarının tədbirə hazırlaşmaq üçün 2-3 il vaxtları olub. Lakin Azərbaycanın COP tədbirinə hazırlaşmaq üçün 10 ay vaxtı olub. Bu kiçik zaman dilimində ərsəyə gələn tədbir heyrətamizdir. Bunun üçün Azərbaycan hökumətini təbrik edirəm. COP29-da 400-ə yaxın müşahidıçi, 200-ə yaxın təşkilat iştirak edib. COP29-un yekunlarına dair qərarlar ancaq yekdilliklə qəbul edilə bilər. Hesab edirəm ki, biz qısa müddət ərzində - sabaha qədər, ən pis halda isə daha uzun müddətə razılığa gələcəyik. Ancaq ümid edirik ki, bu günü başa vuracağıq", - deyə o bildirib.

Chosen
24
4
apa.az

5Sources