EN

Ölkədə kartof, üzüm, çay istehsalı nə üçün azalıb? –RƏQƏMLƏR /CƏDVƏL

 Ölkədə bu il kartof, üzüm, yaşıl çay, yun, barama məhsullarının istehsalı azalıb.

Azpost.info bildirir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin “Kənd Təsərrüfatı” Bülletenində bildirilir.

Belə ki, bu ilin on ayında 914,5 min ton kartof istehsal edilib. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 75 min ton azdır. Ötən il bu rəqəm 989,3 min ton olub.

Qeyd olunan dövr ərzində 200,6 min ton üzüm yığılıb. Bu ötən illə müqayisədə 17,5 min ton azdır.

Yaşıl çay yarpağının yığımı az olub. Bu ilin 10 ayında plantasiyalardan 1,041 ton çay yığılıb. Ötən il isə bu rəqəm 1,102,4 ton olub. Çay yığımı 100 ton azalıb.

Yun istehsalı 14,8 min ton, barama 239,4 ton olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 ton və 126 ton azdır.

Kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcminin dəyəri 11407,1 milyon manat olub.

Bunun 48,6 faizi (5540,2 milyon manat) heyvandarlıq sahəsinin, 51,4 faizi (5866,9 milyon manat) bitkiçilik sahəsinin payına düşüb.

2024-cü ilin yanvar-oktyabr aylarında yun, barama, kartof, üzüm və yaşıl çay yarpağı istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb.

Azpost.info

 

Chosen
13
14
azpost.info

10Sources