EN

“Optimal Elektronika” yenidən cərimələnir

“Optimal Elektronika” MMC-nin problemləri bitmir. Şirkətlə bağlı bu dəfə də cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, şirkətin İnzibati Xətalar Məcəlləsinin vergilər və sığorta qaydaları əleyhinə olan 464-cü maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Şirkətlə bağlı iş baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. 2 dekabr tarixində hakim Orxan Məmmədlinin sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, “Optimal Elektronika” MMC-nin təsisçisi və baş direktoru Əhəd Əsgərovdur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar

Chosen
12
tribunainfo.az

1Sources