EN

Arda Turan “Atletiko”ya qayıtmaq istəyir - Bu dəfə baş məşqçi kimi

“Atletiko”nun sabiq futbolçusu Arda Turan İspaniya mətbuatına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, AS nəşrinə danışan hazırda “Eyüpspor”un baş məşqçisi olan 37 yaşlı mütəxəssis gələcəkdə Madrid təmsilçisini çalışdırmaq istədiyini bildirib:

“Atletiko”nun baş məşqçisi olmaq istəyirəm. Özümü bu klubda La Liqa və Çempionlar Liqasını qazanarkən düşünürəm. Amma hələ qət etməli olduğum uzun bir yol var”.

Arda Turan 2011-2015-ci illərdə “Atletiko”da çıxış edib. Türkiyəli futbolçu İspaniya təmsilçisinin heyətində keçirdiyi 178 rəsmi matçda 22 qol və 32 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
15
sportinfo.az

1Sources