Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina 70-dən çox heyvan hədiyyə edib.
Publika.az xəbər verir ki, Rusiyanın təbii sərvətlər naziri Aleksandr Kozlov hədiyyəni yük təyyarəsi ilə Pxenyana çatdırıb.
Hədiyyə edilən heyvanlar arasında bir aslan, iki qonur ayı, iki yak, beş kakadu, qırqovul və mandarin ördəkləri daxildir. Kozlov Pxenyana səfəri zamanı Kim Çen Inla bir araya gəlib.
Qeyd edək ki, iyun ayında Putin Şimali Koreyaya rəsmi səfər edib və “hərtərəfli strateji tərəfdaşlıq sazişi” imzalayıb. Müqavilə tərəflərdən birinə hücum olarsa, digərinin hərbi yardım göstərməsini nəzərdə tutur. Kim Çen In razılaşmanı “pakt” kimi qiymətləndirərək münasibətlərin yüksək müttəfiqlik səviyyəsinə yüksəldiyini bəyan edib.