EN

Buzovna yolunda maşını necə gəldi sürüb təhlükə yaradan sürücü - 99-RF-020 - VİDEO

Maştağa-Buzovna yolunda yol-hərəkəti qaydalarını pozan sürücü avtomobilin videoregistratoruna düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 21-də saat 14:43 radələrində qeydə alınıb. Görüntüdən də aydın olduğu kimi, 99-RF-020 “Mercedes” markalı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq geriyə dönür. Bu zaman o, həmin istiqamətdə hərəkətdə olan maşına qəza şəraiti yaradır. “Mercedes” sürücüsü bununla kifayətlənməyərək bir müddət sonra yenidən qayda pozur. Belə ki, o, işıqforun qırmızı işığında dayanmadan hərəkətinə davam edir. 

Xatırladaq ki, sürücünün törətdiiyi xəta, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cəriməylə nəticələnir.

Nərmin

Chosen
34
avtosfer.az

1Sources