EN

Orban: Qərb “Oreşnik” raketinin buraxılmasına ciddi yanaşmalıdır

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Qərb ölkələri Rusiya lideri Vladimir Putinin “Oreşnik” hipersəs ballistik raketinin sınaqdan keçirilməsi və Rusiyanın nüvə doktrinasına dəyişikliklərlə bağlı sözlərini ciddi qəbul etməlidir.

Orban bu barədə Kossuth radiosunda bildirib.

“Rusiyada prezident nəsə deyirsə, bu, boşboğazlıq deyil, bunun çəkisi və nəticələri var”, – RİA Novosti ondan sitat gətirir.

Macarıstanın baş naziri qeyd edib ki, nüvə doktrinasının dəyişdirilməsi kommunikasiya texnikası deyil. O əlavə edib ki, bu hərəkətlərin nəticələri olacaq.

Orban onu da xatırladıb ki, Ukrayna münaqişəsindən əvvəl Rusiya NATO üzvlərinə Ukraynanın bloka daxil olmamasına təminat məsələsi ilə müraciət edib. Qərb buna kobud tonda cavab verdi.

Baş nazir Avropanı yaxın aylarda sağlam düşüncədən istifadə etməyə çağırıb, əks halda “bəla olacaq”.

Bundan əvvəl Britaniyanın “The Guardian” qəzeti Rusiyanın yeni “Oreşnik” raketinin buraxılmasının Avropa üçün böyük əhəmiyyət kəsb etdiyini bildirmişdi.

Associated Press həmçinin bildirib ki, Rusiya raketi buraxmaqla Ukraynaya deyil, Qərbə siqnal göndərib.

DOĞRU.AZ

Chosen
12
1
dogru.az

2Sources