EN

Rusiyanın əmək miqrantlarına ehtiyacı var

Rusiyanın çətin demoqrafik vəziyyət fonunda ölkənin dinamik inkişafı üçün əmək miqrantlarına ehtiyac var.

SeherXeber.org xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, xaricdən işçi qüvvəsinin axınının vacibliyini vurğulayıb.

“Miqrantlar - bu, bir zərurətdir. Bizdə çox gərgin demoqrafik vəziyyət var. Biz dünyanın ən böyük ölkəsində yaşayırıq, lakin insan sayımız  azdır.

Dinamik inkişaf etmək, bütün inkişaf planlarını həyata keçirmək üçün əlavə işçi qüvvəsinə ehtiyac var, biz onları ancaq alqışlayırıq”, - Peskov qeyd edib..

Kremlin sözçüsü miqrantlara böyük ehtiyacın olması ilə yanaşı onu da bildirib ki, miqrantların cinayət törətməsinin qarşısını almaq üçün Rusiyada əmək miqrasiyası ciddi şəkildə tənzimlənməlidir.

Chosen
13
5
seherxeber.org

6Sources