EN

İlon Maskın "Tesla" elektrokarları ABŞ-də ən təhlükəli avtomobil kimi tanındı

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ-nin Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi üzrə Milli Administrasiyası (NHTSA) qəza statistikasını təhlil edərək, belə nəticəyə gəlib ki, ölkədə ən çox ölümlə nəticələnən qəzalar "Tesla" elektrik avtomobillərinin iştirakı ilə baş verir.

Banco.az xəbər verir ki, bu barədə "Motor.ru" portalı məlumat yayıb.

Tədqiqat çərçivəsində 2017-2022-ci illər arasında sürücü və ya sərnişinlərin ölümü ilə nəticələnən qəzalar araşdırılıb. ABŞ-də orta hesabla belə qəzaların baş vermə ehtimalı hər 1 milyard kilometrə 2,8 olub. "Tesla" avtomobillərində bu göstərici 5,6-ya çataraq orta statistikadan iki dəfə yüksək olub.

Ən sərfəli kredit üçün müraciət et

Chosen
29
banco.az

1Sources