Kremlin mətbuat xidməti xəbər verir ki, Rusiya lideri Vladimir Putin Seneqal prezidenti Bassiru Diomai Faye ilə telefon danışığı aparıb.
Liderlər iki ölkə arasında ticarət-iqtisadi və investisiya sahələrində əməkdaşlığı, o cümlədən enerji, nəqliyyat və kənd təsərrüfatı sahələrində birgə layihələri müzakirə edib , həmçinin terrorçu qrupların hərəkətləri nəticəsində qeyri-sabitliyin qaldığı Qərbi Afrikadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Seneqal prezidenti də Putinin Rusiyaya səfər dəvətini qəbul edib.
Bundan əvvəl Putin İraqın baş naziri Məhəmməd əl-Sudani ilə telefon danışığı aparıb.
DOÄžRU.AZ