EN

Şolts yenidən kansler namizədi olacaq

Olaf Şolts yenidən Almaniya Sosial Demokrat Partiyasından kansler namizədi olacaq.

Oxu24.com  xəbər verir ki, bu barədə "Bild" nəşri yazıb. 

"Son günlər hazırkı hakim koalisiyaya rəhbərlik edən Almaniya Sosial Demokrat Partiyasının (SPD) liderləri fevralda keçiriləcək növbədənkənar seçkilərdə kimin kansler kimi namizədliyini irəli sürəcəklərini müzakirə edirlər.

Hökumətin hazırkı lideri Olaf Şolts yenidən seçilmək istədiyini açıqladı, lakin o, bütün əsas alman siyasətçiləri arasında ən aşağı reytinqə (31,4) sahibdir. Lakin partiya rəhbərliyinin əksəriyyəti Şoltsu dəstəkləyib", - məlumatda deyilir. 

Chosen
1
2
oxu24.com

3Sources