EN

PENSİYALARA DAİR “HUMANİST MİNNƏT”... - Və ya “çox humanist” pensiya sistemimizdən pensiyaçılar niyə narazıdır?

"Sosial sığorta alan şəxslərə ödədikləri sosial sığortaya əsasən pensiya versəydik, onlar 110 manatdan yuxarı pensiya almazdılar... Biz çox böyük sosial sığorta ilə bağlı amnistiyaya getmişik... Bu gün bizim pensiya sistemimiz çox humanistdir... Bu gün biz sığortanın prinsiplərini birəbir tətbiq etsək, şərtləri qat-qat sərtləşdirməliyik".

Bunlar Sahil Babayevin son çıxışından “seçmələrdir”.

Beləliklə, nazir hesab edir ki, Azərbaycanda əsasını vaxtilə hazırda korrupsiyaya görə həbsdə olan nazir Səlim Müslümovun qoyduğu pensiya sistemi çox humanistdir(!). Ancaq yəqin ki, tarixdə “humanizm” sözünün bu qədər təhrif olunduğuna, hörmətsiz, urvatsız vəziyyətə salındığına dair nümunə tapmaq çox çətindir. Minimum pensiyanın 280 manat, yəni 160 dollardan bir az çox, qiymətlərin isə ən inkişaf etmiş (pensiyaların ortalama 3000-4000 dollar olduğu) ölkələrdəki qədər, hətta bəzən ondan da baha olduğu Azərbaycanda pensiya sistemini necə “humanist” adlandırmaq olar axı?

Chosen
22
azpolitika.info

1Sources