ABŞ prezident seçkilərinin qalibi Donald Tramp bir sıra Avropa liderləri ilə Ukraynanı müzakirə edib, onlara Vladimir Zelenskinin Qələbə planı və Rusiya Prezidenti Vladimir Putin haqqında suallar verib. Manset.az Axar.az-a istinadla xəbər verir ki, noyabrın 5-də ABŞ-da keçirilən seçkilərdən sonra Avropa liderləri Trampla əlaqə saxlayır. Onlarla söhbət zamanı Tramp heç bir tələb irəli sürməyib, Ukrayna ilə bağlı suallar verib: “Zelenskinin Qələbə planı haqqında nə düşünürsünüz? Putin haqqında nə düşünürsünüz?”, - Tramp noyabrın 10-da Almaniya kansleri Olaf Şoltsla apardığı telefon danışığında soruşub”. Qəzet qeyd edib ki, analoji danışıqlar Fransa, Polşa, Danimarka, Çexiya və digər ölkə liderləri ilə də aparılıb.