EN

Sevgilisinə görə övladını evdə tək qoyub getdi: Uşağın halı ürəkləri dağladı

Texaslı gənc ana bir gecə 16 aylıq oğlunu evdə tək qoyub və sevgilisi ilə görüşmək üçün 150 mil yol qət edib. 
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, qonşuları, uşağın birinci mərtəbədəki mənzilin sınmış pəncərəsindən asıldığını və aqressiv itin körpəyə hücum etməyə çalışdığını bildirib.

Polislər iyulun 28-də səhər saat 10-a yaxın Myersin evinə çağırılıb. Onlar hadisə yerinə gələndə uşağın başını və çiynini pəncərədən bayıra çıxardığını görüb və itin uşağı çıxarmaq istəyən sakinlərə hücumunun şahidi olub.

Polislər karton pəncərədən içəri girəndə, əynində yalnız nazik köynək və dərisində nəcis olan uşağı tapıblar. Daha sonra Myersi arayıblar və o polislərə bir gün öncə hardasa uki saat yarım saatlıq uzaqlıqda - San Antonioda olduğunu bildirib. Qadın "Hinge" adlı dostluq sayıtında tanış olduğu  adamla birlikdə olduğunu söyləyib.

İfadəyə görə, Myers, oğlunu görüşdə olarkən baxmaq üçün Facebook-dan bir dayə tutduğunu iddia edib, lakin polis dayə ilə danışıb. Dayə isə 2023-cü ilin dekabrından bəri körpəyə baxmadığını və Myers ilə danışmadığını söyləyib.

Myersin keçmiş otaq yoldaşı polisə bildirib ki, ana tez-tez gecələr oğlunu evdə qoyub və ertəsi günə qədər geri qayıtmayıb, uşağın  gecəni yatdığını iddia edib.

25 yaşlı Reese Louise Myers, uşağını atıb həyatını təhlükəyə atmaqda günahlandırılaraq həbs edilib.
Chosen
7
sherg.az

1Sources