EN

Təbriz sakini Ermənistanda döyülüb - Video

“Ermənistanda Təbriz sakini Azərbaycan türkü olduğuna görə döyülüb”.

Sitat.info xəbər verir ki, bu barədə məlumatı “Azad İran” teleqram kanalı yayıb.

Bildirilib ki, işləmək məqsədilə Ermənistana gedib-gələn Təbriz sakini heç bir səbəb olmadan, etnik mənsubiyyətinə görə ermənilər tərəfindən bir neçə dəfə döyülüb. 

Məlumata görə, həmin şəxs zorakılığa məruz qaldığı anları əks etdirən müşahidə kamerasının görüntülərini əldə edib. O, təhlükəsizliyini təmin etmədiyinə görə Ermənistan hökumətini məhkəməyə verəcəyini bildirib.

Chosen
2
34
sitat.info

10Sources