EN

Körpələrə süni qida seçərkən bunlara diqqət edin

“Gündəlik olaraq ərzaq məhsullarının dövriyyəsini soyuq və isti zəncir altında təmin etmək məsələsi ən vacib məsələlərdəndir. Ərzaq məhsulları tərkibinə və təyinatına görə risk kateqoriyalarına bölünür. Körpələr üçün satılan süni qidalar xüsusi risk kateqoriyasına aiddir. Bu qidaların əksəriyyəti başqa ölkələrdən idxal olunur. İdxal olunmuş qidalar xüsusi idxal sağlamlıq aktı aldıqdan sonra sertifikatlaşır. Ondan sonra ölkə daxilinə gəlməsinə icazə verilir”. 

Bu fikirləri Demokrat.az-a "Refresh Group" icraçı drektoru, qida mütəxəssisi Seymur Qafarov deyib. 

Ekspert bildirib ki, bu məhsulların saxlanma müddəti fərqli olur:

“Quru halda, 75%-ə qədər nəmli olan mühitdə saxlanmalıdır. Bunlara riayət edildikdə paket açıldıqdan sonra 5-6 həftə ərzində istifadə oluna bilər. 

Körpə qidalarının sözügedən tempetatur altında saxlanması təmin olunmazsa, həmin məhsulların saxlanma müddəti azalır. Daha sonra körpələ üçün təhlükə meyarı yaratmış olur. Bu səbəbdən də bu qidaların saxlanma temperaturuna xüsusi diqqət yetirilməlidir”. 

Əfsanə Kamal
Demokrat.az
Chosen
20
demokrat.az

1Sources