EN

Ermənilər torpaqlarımızı mina tarlasına çeviriblər- ÖZƏL

"Dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı başlarını dik tutur, vüqarla yaşayır. Azərbaycan xalqının əzmi, gücü, qətiyyəti sayəsində soydaşlarımızın düşmənin göz tikdiyi  torpaqlarda əbədi olaraq firəvan yaşamaları şəhidlərimizin ruhu şad edir". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deybib: "44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz düşməni məğlub etdi. Haqq savaşına qalxan Azərbaycan xalqının Müzəffər Komandanının mükəmməl hərbi taktikası, uzaqgörən siyasəti sayəsində düşmənin mina tarlasına çevirdiyi torpaqlar, o cümlədən Ağdam azadlığına qovuşdu.
Qalib Lider İlham Əliyevin Birinci xanım Mehriban Əliyeva ilə birlikdə Ağdam şəhəri azad edildikdən cəmi 3 gün sonra, 2020-ci il noyabrın 23-də Ağdama yollanması, Ağdam Cümə məscidini ziyarət edərək məscidin önündən bütün işğaldan azad edilən torpaqların bərpa ediləcəyini əzm və qətiyyətlə bildirməsi sevincimizə sevinc qatdı, ürəyimizi dağa döndərdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
26
olaylar.az

1Sources