EN

Paşinyan İsrailin Livana hədəfli hücumlarını qəbuledilməz ADLANDIRDI

Paşinyan İsrailin Livana hədəfli hücumlarını qəbuledilməz adlandırıb.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, Ermənistanın baş naziri Nikol Paşinyan livanlı həmkarı Nəcib Mikatini Livanın Müstəqillik Günü münasibətilə təbrik edib.

O, Yaxın Şərqdə təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsindən narahatlığını bildirib.

Paşinyan İsrailin Livanda mülki şəxslərə və mülki infrastruktura hədəfli hücumlarını qəbuledilməz adlandırıb.

“Ermənistan Respublikası Livanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləyir, Ermənistan sülhməramlı kontingenti də daxil olmaqla, fəal iştirakı ilə bu ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verir”, – Paşinyan deyib.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
11
interpress.az

1Sources