EN

İrandan Netanyahunun həbsiylə bağlı açıqlama

 
Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İsrailin baş naziri Binyamin Netanyahu haqqında verdiyi həbs qərarı ilə bağlı İrandan açıqlama verilib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Tehran administrasiyası bəyan edib ki, bu qərar Netanyahunun \"siyasi ölümünə” zəmanət verəcək.

Xatırladaq ki, dünən Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu, keçmiş müdafiə naziri Qalant və HƏMAS lideri İbrahim Əl Masrinin Qəzzadakı münaqişələr zamanı hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətməkdə ittiham olunaraq həbsinə order verib.
 
ABŞ Prezidenti Co Bayden də bu qərarı rüsvayçılıq adlandırıb.
 
Mikayıl
Chosen
7
3
azxeber.com

4Sources