EN

BCM-nin Netanyahu və Qallant barəsində həbs qərarı və ABŞ-ın təhdidləri...

Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Netanyahu və sabiq müdafiə naziri Qallant haqqında həbs orderi verib...

Politoloq: “Əgər Beynəlxalq Cinayət Məhkəməsi varsa və o hansısa qərarı qəbul edirsə, onun mövcudluğu qəbul etdiyi qərarlarla özünü göstərir”.

“Roma statusunu təqdis etməyən dövlətlərdən biri də ABŞ-dır. Bu da ədalətli yanaşmanı ortaya qoymur”.

Bu sözləri politoloq Xəyal Bəşirov Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahu və Qallantla bağlı qərarını Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Netanyahu və sabiq müdafiə naziri Qallant haqqında həbs orderi verib. Bu qərardan sonra ABŞ-də BCM-yə qarşı təhdidlər eşidilir.

Bəs, Vaşinqtonun təhdidləri və gözlənilən sanksiyalar BCM-nin gələcək fəaliyyətinə necə təsir edə bilər?

Mövzunu Poliqon-un əməkdaşı Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov ilə müzakirə edib.

Xəyal Bəşirov: “ABŞ-ın bu təpkisi bir tərəfdən onların müttəfiqlik münasibətlərinə əsaslansa da, digər tərəfdən Beynəlxalq Cinayət Məhkəməsinin mövcudluğunu, onun qərarlarını şübhə altına alır”.

Dünyada baş verən müharibələr, toqquşmalar diplomatiyanın susmasından xəbər verdiyini bildirən politoloq Pliqon-a çıqlamasında qeyd edib ki, hazırda hüquq deyil, silahlar danışır. Buna görə, silahların və müharibələrin danışdığı məqamlarda həmişə beynəlxalq hüquq və diplomatiyanın səsi zəif gəlir:

“Əslində Beynəlxalq Cinayət Məhkəməsi dünya dövlətləri tərəfindən zaman-zaman müharibə, insanlarıq əleyhinə cinayətlər törətmiş şəxslərə qarşı hərbi tribunaların dövrü olaraq fəaliyəti prosesinə son qoymaq üçün yaradılıb. Tribunal öz işini görəndən sonra da onun fəaliyyəti dayandırılırdı. Amma dünya ölkələri belə qərara gəldilər ki, Beynəlxalq Cinayət Məhkəməsi daimi olaraq fəaliyyət göstərsin. Bunun da əsası 1998-ci ildə Romada Roma statusunun qəbul edilməsi ilə başlandı.

Bildiyimiz kimi, Roma statusunu təsdiq edən dövlətlər var. Xatırladım ki, bu statusu təqdis etməyən dövlətlərdən biri də ABŞ-dır. Bu da ədalətli yanaşmanı ortaya qoymur. Çünki ABŞ o statusu təsdiq etməməklə, əslində Beynəlxalq Cinayət Məhkəməsinin yaradılmasının ciddi olmamasını bildirdi.

Bildiyimiz kimi, Ukrayna müharibəsinə görə Rusiyanın bir neçə rəhbər şəxsləri ilə bağlı Roma statusununa uyğun olaraq Beynəlxalq Cinayət Məhkəməsi həbs orderi vermişdi. O zaman da biz ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinin bu qərarına dəstək verməsinin şahidi olmadıq. Əksinə onlar, bundan yana olduqlarını bildirdilər.

Xəyal Bəşirov: “Beynəlxalq Cinayət Məhkəməsi simvolik xarakter daşıyacaqsa, qərarları da yerinə yetirilməyəcəksə, bu zaman ona heç bir etibar olmayacaq”.

Bundan öncə də Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Qəzada baş verənlərlə bağlı İsrail baş nazirin və müdafiə nazirinin, o cümlədən də, HƏMAS-ın rəhbərlərinin həbsi ilə bağlı orderi vermək tələbini ortaya qoyarkən ona qarşı sərt təpki oldu. O zamanlar bu reallaşmadı. İndi də İsrailin baş nazirinin və əvvəlki müdafiə naziri barədə həbs orderi verildi. Bu qərara görə məhz Roma statusunu təsdiq edən ölkələrə o şəxslər səfər edərsə, həbs olunacaqlar. Artıq İsveçrə bildirib ki, bildirib ki, onlar ölkəyə səfər etsələr, həbs edəcəklər.

Əslində, ABŞ-ın bu təpkisi bir tərəfdən onların müttəfiqlik münasibətlərinə əsaslansa da, digər tərəfdən Beynəlxalq Cinayət Məhkəməsinin mövcudluğunu, onun qərarlarını şübhə altına alır. Roma statusunu təsdiq edən, ümumilikdə Beynəlxalq Cinayət Məhkəməsinin yaradılmasını təsdiq edən ölkələrin qərarları itir. Təbii ki, bu bir ilk deyil. Bildiyimiz kimi, Rusiya prezidenti Monqolustana səfər edərkən, onun həbsi ilə bağlı heç bir addım almadılar.

Əgər Beynəlxalq Cinayət Məhkəməsi varsa və o hansısa qərarı qəbul edirsə, onun mövcudluğu qəbul etdiyi qərarlarla özünü göstərir. O simvolik xarakter daşıyacaqsa, qərarları da yerinə yetirilməyəcəksə, bu zaman ona heç bir etibar olmayacaq. Təbii ki, proseslər buna doğru aparır. Dünyada baş verən müharibələr, toqquşmalar diplomatiyanın susmasından xəbər verir. Ancaq silahlar danışır. Buna görə, silahların və müharibələrin danışdığı məqamlarda həmişə beynəlxalq hüquq və diplomatiyanın səsi zəif gəlir. Bir çox hallarda isə səsi kəsilir. Bu gün biz bunların şahidi oluruq”.

Nərminə UMUDLU
Poliqon.info

Chosen
6
poliqon.info

1Sources