EN

Londonun mərkəzində həyəcan siqnalı verildi - Bütün məhəllə boşaldıldı

İngiltərənin paytaxtı Londonda təmizlik işçisinin tapdığı əşya bütün məhəllənin bağlanmasına səbəb olub.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, radioaktiv zibil böhranı səbəbiylə həmin ərazidəki evlər boşaldılıb.
 
Məhəllə sakinlərinə məlumat verilib ki, təhlükəsizlik təmin olunana qədər əraziyə giriş qadağandır. 

Evi təmizləməyə gələn fərdi təmizlik işçiləri evdə tapdıqları zibilin bir hissəsini satılacaq kimi ayıraraq aparıblar. 

Radioktiv əşyaların 90 yaşlı bir qadına aid olduğu məlum olub. Qadının ötən Milad gecəsi öldüyünü bildirən rəsmilər ərinin bir neçə aydır qocalar evində olduğunu bildirib.
 
Kimyəvi, bioloji, radiasiya və nüvə insidentləri ilə mübarizə aparmaq üçün təlim keçmiş mütəxəssis qruplar hadisə yerinə gəliblər.
 
Hadisəylə bağlı London polisi də açıqlama verib.
 
Faktla bağlı araşdırma aparılır.
 
Mikayıl
Chosen
29
1
azxeber.com

2Sources