EN

Agentliyin tabeliyində olan uşaq evlərində Uşaq hüquqları aylığına həsr olunan silsilə tədbirlər keçirilib

Tədbirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 3,4 və 6 saylı uşaq evləri, həmçinin 1 və 2 saylı Ailə tipli kiçik Qrup evlərini əhatə edib. Təşkil edilən görüşlərdə uşaqların hüquqlarının müdafiəsi, onların inkişafı, hərtərəfli qayğı ilə əhatə olunması və vəzifələri haqqında məlumat verilib. “Uşaq hüquqları haqqında qanunlar”, “Sağlamlıq mənim hüququmdur”, “Hər bir uşağın yaşamaq hüququ vardır”, "Bizim hüquqlarımız gələcəyimizin təminatıdır" və s. kimi mövzularda geniş müzakirələr aparılıb. Həmçinin tədbirlər zamanı Uşaq Hüquqları Konvensiyasına dair materiallar uşaqlarla paylaşılıb. İnteraktiv şəkildə keçirilən görüşlərin sonunda uşaqları maraqlandıran suallar cavablandırılıb.

Chosen
13
qht.az

1Sources