"İçərisində olduğumuz oyunun qaydaları getdikcə daha da sərtləşir. İqlim dəyişikliyi problemindən çıxış yolu tapmaq üçün biz uzun müddət qüvvədə olacaq adaptasiya planlarını təsdiqləməliyik. Hazırda dünyada CO2 zəhərli qazının atmosferə buraxılması ilə bağlı ciddi problemlər var. Bunu İtki və Zərərlərə Cavab Verən Fondun hesabatları da göstərir. Bu qazın miqdarının azaldılmasına nail olmasaq, iqlim dəyişikliyi ilə effektiv mübarizədən danışa bilmərik. Qlobal səviyyədə iqlim böhranının qarşısını almaq üçün 1.5 dərəcəlik hədəfə sürətlə nail olmalıyıq. Hesab edirəm ki, effektiv maliyyələşmə mexanizmi təmin olunmadan bunu etmək mümkünsüzdür".