Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Belarusda diktatura yoxdur. Bu “amerikalılar” tərəfindən yayılan əks təbliğatdır.
Xəbər verilir ki, universitetlərin tələbələri ilə “Prezidentlə açıq mikrofon” formatında keçirilən görüşdə o vurğulayıb ki, ölkədə diktatura yoxdur və ola da bilməz.
“Ölkədə diktatura yoxdur və ola da bilməz. Diktator olmaq üçün diktator göstəricilərinə sahib olmaq lazımdır. Yaxşı, məndə diktatorun hansı göstəriciləri var?”-deyə Lukaşenko bildirib.
Əfsanə Kamal