EN

Asiya İnkişaf Bankı Gürcüstana 25 milyon dollar kredit ayıracaq

 Asiya İnkişaf Bankı (AİB) Gürcüstana 25 milyon dollar krediti təsdiq edib.

Bakıvaxtı.az "Vedomosti"yə istinadən xəbər verir ki, bu barədə bank açıqlama yayıb.

Bildirilib ki, bu vəsait peşə təhsili və təliminin keyfiyyətinin, əlçatanlığının yaxşılaşdırılması üzrə davam edən səyləri maliyyələşdirmək üçün nəzərdə tutulub. Bu maliyyələşdirmə AİB-in Məşğulluq Sektorunun İnkişafı üçün Müasir Bacarıqlar Proqramının ikinci alt proqramının bir hissəsidir.

İkinci alt proqram iqtisadiyyatın prioritet sektorlarında PTT-nin keyfiyyətinin və aktuallığının yaxşılaşdırılmasına, PTT-yə çıxışın genişləndirilməsinə və PTT proqramlarının və kurikulumlarının aktuallığını artırmaq üçün özəl sektorun cəlb edilməsinə yönəlmiş tədbirləri dəstəkləyir.

Məlumata görə, kolleclərin olmadığı regionlarda orta məktəblərdə PTT proqramlarının təşviqi kənd yerlərindən və imkansız təbəqədən olan gənclər üçün imkanları genişləndirəcək. 

Gülşən Şərif

Chosen
21
bakivaxti.az

1Sources