EN

Amerikalı senator BCM-ə cavab olaraq “Haaqa işğalı aktını” XATIRLATDI

Amerikalı senator BCM orderlərinə cavab olaraq “Haaqa işğalı aktını” xatırladıb.

İnterpress.az xəbər verir ki, Arkanzasdan olan amerikalı senator Kotton ABŞ-də “Haaqa işğalı aktı” kimi tanınan qanunun mövcud olduğunu xatırladıb.
Bu, Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderi əsasında Amerika vətəndaşlarının və ya ABŞ müttəfiqlərinin həbsi halında hərbi əməliyyatların başlamasına imkan verir.

“BCM kukla məhkəməsidir, Kərim Xan isə azğın fanatikdir. Vay onun halına və bu qanunsuz əmrləri icra etməyə çalışan hər kəsin halına.

Hamısını dostcasına xatırlatmağa icazə verin: Amerikanın ICC qanunu elə-belə səbəbə “Haaqa işğal aktı” adlanmır. Fikirləşin”, – senator X hesabında yazıb.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
29
interpress.az

1Sources