EN

Prezident İlham Əliyev: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq

Bakı. Trend:

Əminəm ki, 12-ci Baş Assambleya çərçivəsində keçiriləcəkmüzakirələr, eləcə də sonda qəbul ediləcək Pnompen Bəyannaməsiortaq hədəflərimizi reallaşdırmağa mühüm töhfə verəcək vəgenişmiqyaslı səmərəli əməkdaşlığa yol açacaq.

Trend xəbər verir ki, bufikir Azərbaycan Prezidenti İlham Əliyevin Asiya Siyasi PartiyalarıBeynəlxalq Konfransı (ICAPP) 12-ci Baş Assambleyasınıniştirakçılarına ünvanladığı məktubda qeyd edilib.

“Bu gün ICAPP tədbirinin keçirildiyi bir vaxtda AzərbaycanBMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi edir.Dünyanın bir çox ölkəsindən yüksəksəviyyəli dövlət və hökumətrəsmilərinin, vətəndaş cəmiyyəti və media nümayəndələrinin, nüfuzluekspertlərin iştirak etdiyi COP29 çərçivəsində aparılanmüzakirələrdə ifadə olunan ümumi fikir və yekdil qənaətlərdən biridə ekosistemin mühafizəsinin əsas yollarından biri kimimüharibələrin qarşısının alınması və silahlı qarşıdurmaların ətrafmühitə zərər vuran nəticələrinin tezliklə aradan qaldırılması üçünsülh və barışıq tədbirlərinin gücləndirilməsindən ibarətdir”, -deyə Azərbaycan Prezidentinin məktubunda bildirilib.

Chosen
28
26
az.trend.az

10Sources