EN

Fransa Netanyahunun həbsinə dair orderi nəzərə aldı

Fransa hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin Baş naziri Benyamin Netanyahunun həbsini tələb edən bir order verdiyini qəbul edib və buna  reaksiya göstərib.   Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

"Bu, hökm deyil, ittihamların rəsmiləşdirilməsidir. Fransa bu qərarı nəzərə alır. Beynəlxalq ədaləti dəstəkləmək üzrə uzunmüddətli öhdəliyinə uyğun olaraq, Roma Nizamnaməsinə uyğun olaraq məhkəmənin müstəqil fəaliyyətinə sadiqliyini bir daha təsdiqləyir. ”, - deyə məlumatda bildirilir.

Chosen
46
manset.az

1Sources