EN

Onlayn nikah necə həyata keçirilir? - DETALLAR

Vətəndaşlar artıq "mygov" tətbiqi vasitəsilə onlayn qaydada nikahlarını qeydiyyata ala bilərlər.

Bəs proses necə aparılır?

Bu barədə daha ətraflı hüquqşünas Ramil Süleymanov Redaktor.az-a açıqlamasında danışıb:

O bildirib ki, Ailə Məcəlləsinin 13-cü maddəsinin tələbinə görə, nikaha girmək istəyən cütlüklər mütləq şəkildə tibbi müayinədən keçməlidirlər:

"Amma indi nikaha girməklə bağlı tələb olunan tibbi müayinənin arayışı müayinə keçən tibb mərkəzi tərəfindən birbaşa şəxsin "mygov" portalındakı şəxsi kabinetinə yüklənir və həmin nəticələr yüklənən kimi şəxsə bununla bağlı bildiriş gəlir. Şəxs həmin bildirişi aldıqdan sonra nigaha girmək istədiyi kəslə birlikdə "mygov"portalı üzərindən öz adından müraciət edir, qarşı tərəfin məlumatları kimi isə fərdi identifikasiya nömrəsi (FİN) və buna bağlı olan mobil nömrə ilə qeydiyyatı təsdiqləyir. Bir aylıq müddətdən sonra tərəflərin nikahına mane ola biləcək hər hansı bir durum yoxdursa, tərəflərə "status tamamlandı" bildirişi daxil olur. Bildirişini aldıqdan sonra şəxs onlayn qaydada 10 manat dövlət rüsumu ödəyərək və şəhadətnaməni hansı xidmət və ya qeydiyyat şöbəsindən almaq istədiyini seçməklə ala biləcəklər".

Hüquqşünas qeyd edib ki, vətəndaşlara təqdim olunan onlayn nikah bağlama xidməti birbaşa onlarınn rahatçılığını təmin etmək məqsəd daşıyır:

"Bu, eyni zamanda bariz nümunədir ki, hüquqla innovasiyalar qarşılıqlı şəkildə çalışdıqda vətəndaşın məramı üçün işləyir. Ona görə də hesab edirəm ki, bu təcrübə gələcəkdə hüquqi fakt yaradacaq, hüquqi əhəmiyyət kəsb edəcək digər xidmətlərə də şamil olunacaq".

Sevinc İBRAHİMZADƏ

Chosen
23
redaktor.az

1Sources