EN

Jorjinyo İstanbul nəhənginin hədəfində -SON DURUM

London "Arsenal"ı ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq Jorjinyo karyerasını Türkiyədə davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, bu barədə son məlumatı "Football İtalia" yayıb.

Xəbərə görə, o, qış transfer pəncərəsində kiçik bir ödəniş qarşılığında İngiltərə nəhəngindən erkən ayrıla bilər. Yüksək maaş alması səbəbindən "topçular"ın onu yanvarda buraxmağa hazır olduğu bildirilir.
"Verona", "Napoli" və "Çelsi"nin keçmiş futbolçusu "Beşiktaş"ın hədəfindədir. 
İtaliya millisinin 32 yaşlı Braziliya əsilli üzvü  "Arsenal"a 2023-cü ilin yanvarında "Çelsi"dən keçib.
O, bu mövsüm londonluların heyətində bütün yarışlarda cəmi 7 oyun keçirib.

Mirağa

Chosen
14
2
fanat.az

3Sources