EN

Xankəndidən köçən erməniyə 18 il iş verildi

Bu ilin may ayında Xankəndidən Ermənistana köçən separatçı Sargis Galstyanı həbs edilib.

Bakupost.az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Gor Abramyan bildirib.

Onun sözlərinə görə, 30 martda başlanmış cinayət işi çərçivəsində Qalstyan casusluqda ittiham olunub:

"Qalstyanın barəsində həbs qərarı çıxarılıb. Lakin əvvəlki istintaqın maraqları nəzərə alınaraq, əlavə məlumatın hazırda açıqlanması mümkün deyil".

O qeyd edib ki,Qalstyan 18 il müddətinə azadlıqdan məhrum edilib.

Zaur,BakuPost

Chosen
51
3
bakupost.az

10Sources