İvan Martin “Jirona” ilə müqaviləsini yeniləyib.
İspaniya klubunun mətbuat xidmətinin məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi ilə imzalanan yeni müqavilənin müddəti 2028-ci ilin yayına qədərdi.
Qeyd edək ki, İvan tibia zədəsindən əziyyət çəkir. Futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı hələ ki məlum deyil.
O, bu mövsüm “Jirona”nın heyətində 12 oyunda meydana çıxıb və 1 qol vurub.