EN

Virtual oyunlardan asılılıq xəstəlikdir

Rəqəmsal texnologiyalar günümüzü, demək olar, zəbt edib.

Gənclər hər hansı bir teatr tamaşasına getməkdənsə, daha çox "pleysteyşn” salonlarında zaman sərf etməyi, kompüter və smartfonlarda oyun oynamağı seçirlər.

Demək olar ki, oyun asılılığı müasir dövrün ən ciddi probleminə çevrilib.

Sosioloq Əhməd Qəşəmoğlu Hit.az-a deyib ki, virtual oyunlardan asılılığın yaranması çox qorxunc bir haldır:

 “Bu asılılıq insanlara hər tərəfdən zərbə vurur. Hər bir insanın inkişafında ən mühüm olan onun fiziki sağlamlığı, mənəvi zənginliyi və əməyə yaradıcı münasibət tələbatının artmasıdır. Bunlar olduqda insanın, cəmiyyətin həyatı ahəngdar, normal olur. Virtual oyundan asılı olan adam həm də öz karyerasını qura bilmir. Həmin vaxtda bu adamlar yaxşı tələbə, idmançı, işçi ola bilərdi. Bu da daha bir zərbədir”.

Sevinc

Chosen
21
hit.az

1Sources