EN

Kursk vilayətinin 46 sakini Ukraynadan Rusiyaya qaytarılıb

Bu gün Kursk vilayətinin 46 sakini aparılan danışıqlar prosesi nəticəsində Ukraynadan Rusiyaya qaytarılıb.

APA TASS-a istinadən xəbər verir ki, bunu teleqram kanalında Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili-ombudsman Tatyana Moskalkova bildirib.

Moskalkova qeyd edib ki, Kurs sakinləri avqustda silahlı hücumdan sonra Ukrayna silahlı qüvvələri tərəfindən Kursk vilayəti ərazisindən aparılıb. Rusiyaya qaytarılan vətəndaşlar arasında biri yeni doğulmuş, biri 3 yaşına qədər olmaqla, 12 uşaq və əlil də var.

Chosen
20
8
qaziler.az

10Sources